Dünyanın ən bahalı dondurması hazırlandı

Dünyanın ən bahalı dondurması hazırlandı
1948 dəfə oxunub
  • A-
  • A
  • A+

Dubayda bir topu 530 funt-sterlinqə (861 manat) dondurma satılır.

Axşam.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Dubayda yerləşən “Black Diamond” dondurma kafesi dünyanın ən bahalı dondurmasını satışa çıxarıb.

Dondurmanın içinə Madaqaskar vanili, İran zəfəranı və İtaliyadan gətirilmiş trüfeldən əlavə 23 karatlıq yeməli qızıl da qatılıb.

“Versace” markasının dizayn etdiyi dondurma qabı isə müştərilərə hədiyyə verilir.
 
Qeyd edək ki, Dubayda bundan əvvəl dünyanın ən bahalı kapkeyki (648 funt-sterlinq) və kokteyli (4632 funt-sterlinq) hazırlanmışdı.