Erməni jurnalist Xocalıya görə üzr istədi

Erməni jurnalist Xocalıya görə üzr istədi
2786 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur erməni jurnalist və publisist Vaqe Avetyan Xocalıda törədilən qətliama görə Azərbaycan xalqından üzr istəyib.
 
Axşam.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə V.Avetyan "facebook" səhifəsində yazıb:

“Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq hakimiyyəti olarsa, mənim ölkəm bu cinayətin araşdırılması və azərbaycanlıların qətlində əli olan günahkarların məhkəmə qarşısına çıxması üçün əlindən gələni edəcək.

Dünənki soyqırıma görə məhkəmə qarşısına çıxa bilməyən xalqın dünya ictimaiyyətindən yüz il öncə öz əcdadlarının qətlini tanımağı və qatillərin mühakiməsini tələb etməyə mənəvi haqqı yoxdur”.