Bu məlumatlar sizə mətbəxdə kömək edəcək

Bu məlumatlar sizə mətbəxdə kömək edəcək
2508 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az mətbəxdə köməyinizə çatacaq 8 maraqlı məlumatı təqdim edir:

Pomidorların tez çürüməyinin qarşısını almaq üçün qopardılan hissələrini üzü aşağı qoymaq lazımdır. Beləcə qoparılan yerdən nəm və hava girməyəcək. Bundan başqa, pomidorlar otaq temperaturunda soyuducuda qaldığından daha yaxşı və çox qalır.

Qapağı çətin açılan bankanı isti suyun altına tutsanız, metal genişlənər və qapaq rahat açılar.

Almaların rəng dəyişdirməsini gecikdirmək üçün 2 qaşıq su və 1 qaşıq baldan yararlanmaq olar.

Yumurtanın qabığını rahat soymaq üçün qaynatdığınız suya bir az sirkə, ya da soda atın.

Kartofu əvvəlcə qaynar suya, sonra buza qoysanız, qabığı tez soyular.

Kərə yağı
soyuducuda çox donubsa və dərhal istifadə etməlisinizsə, rəndələyərək lazımi qədərini ayırmaq olar.

Zəncəfili soymaq üçün qaşıqdan istifadə edə bilərsiniz.

Qazanın yanında gözləmək istəmədiyiniz vaxtlarda qaynayan yeməyin daşmaması üçün bir taxta qaşığı qazanın üstünə üfüqi vəziyyətdə qoyun.