Onlar heç vaxt "Oskar" qazanmayıblar - fotolar

Onlar heç vaxt "Oskar" qazanmayıblar - fotolar
2808 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl film dünyası növbəti "Oskar" mükafatlarının sahiblərini tandı.

Axşam.az-ın məlumatına görə, 87-ci dəfə keçirilən mərasim tərtibatına və izlənmə sayına görə son illərin ən uğursuz "Oskar"ı kimi tarixə düşüb. Gecənin aparıcısı, aktyor Nil Patrikin də bundan çox məyus olduğu deyilir. Lakin tamaşaçıları hiddətləndirən əsas səbəb isə ayrıdır. Belə ki, dünyanın ən məşhur və sevilən aktyorları siyahısında olan bir neçə ad hələ də əsas film mükafatını qazanmayıb.

Leonardo DiKaprio 4 dəfə "Ən yaxşı kişi aktyor" mükafatına namizəd olsa da, adı qaliblərin adı yazılan zərfdən heç vaxt çıxmayıb.

Bred Pit, Tom Kruz, Conni Depp, Mişel Pfayffer, Xoakin Feniks 3 dəfə sadəcə nominant olmaqla kifayətləniblər.

Bryus Uillis və Riçard Gir isə uğurlu obrazlarına rəğmən, heç bir zaman mükafatı qazanmağa namizəd belə olmayıblar.
 
Dünyanın ən məşhur simalarından sayılan Merilin Monronun da adı heç vaxt "Oskar" namizədləri sırasında olmayıb.