Star TV-də "Sərçə sarayı" adlı yeni serial başlayır.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş rollarında Songül Öden və Mert Fırat oynayan ekran işi martın 5-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Digər rollarda isə Esra Dermancıoğlu, Alican Yücesoy, Serkan Ercan, İsmail Ege Şaşmaz və Erkan Bektaş çəkilib.
Serialın rejissoru isə "Yaprak dökümü" və "Menekşe ile Halil"lə tanınan Mesude Erarslandır.