Uitni Hyustonun qızı yenidən komaya salındı

Uitni Hyustonun qızı yenidən komaya salındı
2501 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Uitni Hyustonun 21 yaşlı qızı Bobbi Kristina Braunu komadan çıxarmaq cəhdləri baş tutmayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gözlərini açan və müəyyən hərəkətlər edən Bobbinin epileptik tutmaları başladığından həkimlər onu əvvəlki vəziyyətinə qaytarmalı olublar. Süni nəfəs aparatına qoşulan ifaçının qızına verilən dərmanların dozası artırılıb və o yenidən komaya salınıb. Bundan başqa, Bobbinin nəfəs yollarını açmaq üçün cərrahi əməliyyat keçirilib.

Xatırladaq ki, Bobbi Kristina Braun ötən ay evinin hamam otağında əri Nik Qordon tərəfindən huşsuz vəziyyətdə tapılmışdı. Xəstəxanaya aparılan Bobbinin başında şiş aşkarlanmış və o, süni nəfəs aparatına qoşulmuşdu.