Dollar və avro ucuzlaşdı

Dollar və avro ucuzlaşdı
6916 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb.

Axşam.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0498 manat səviyyəsində müəyyən edilib. Ötən gün isə 1 dollar 1,0501 manat olub. Başqa sözlə, dollar manata nəzərən 0,0003 manat və ya 0,03% ucuzlaşıb. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0171 manat və ya 1,45% ucuzlaşaraq 1,1771 manat olub. Qeyd edək ki, ötən gün isə 1 avro 1,1942 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.