"Efirə çıxa bilmərəm deyə, qorxuram"

"Efirə çıxa bilmərəm deyə, qorxuram"
4731 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Nərgiz Vahabqızı əməliyyatdan qorxur.

Axşam.az-ın məlumatına görə, aparıcı buna görə də uzun müddətdir burnunu əməliyyat etdirmədiyini deyir:

“Burnumla bağlı kompleksim var. Plastik əməliyyat istəyirəm, amma ehtiyat edirəm ki, sonra əziyyətini çəkərəm. Başqalarında görəndə xoşum gəlir. Özümdə isə ehtiyat edirəm. Beynimə müxtəlif fikirlər gəlir: üzümdə ləkə, şiş qalar. Efirə çıxa bilmərəm deyə, qorxuram. Amma özümdə güc toplayıb, yaxın günlərdə burun əməliyyatını reallaşdıracam”.