Yazıçının arxivi 2,2 milyon dollara satıldı

Yazıçının arxivi 2,2 milyon dollara satıldı
1001 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin əlyazmalarından və şəxsi əşyalarından ibarət arxivi 2,2 milyon dollara satılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, arxivi Texas Universitetinin nəzdində yerləşən Harry Ransom mərkəzi alıb.

Arxivdə 50 illik dövrü əhatə edən 2 mindən çox əşya var. Bunların arasında 40-dan çox fotoalbom, yazıçının əsərlərini yazdığı “Smith Corona” makinaları, 5 kompüter və yarımçıq qalmış sonuncu əsərinin əlyazması da yer alıb. Həmçinin “100 ilin tənhalığı” romanının orijinalının da daxil olduğu arxivdə Markesin Qraham Qrin, Milan Kundera, Günter Qrass, Karlos Fuentes kimi yazarlara göndərdiyi məktublar da var.

Markesin arxivinin Texas Universitetinə satılmağı Kolumbiya və Meksikada tənqid edilib. Yazıçının ailəsi isə indiyədək heç bir ölkənin onlara arxiv üçün müraciət etmədiyini əsas gətiriblər.

Qeyd edək ki, Harry Ransom mərkəzi Uilyam Folkner, Samuel Bekket, Ernest Heminquey, Con Steynbek kimi məşhur yazıçıların da arxivini alıb.