Müğənni özünü təriflədi: "Xarizmatik oğlanam"

Müğənni özünü təriflədi: "Xarizmatik oğlanam"
1631 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elvin Abdullayev xarici görkəmindən razılıq edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında öz ünvanına tərif yağdırıb:

“Görünüşümdən razıyam. Sadəcə, bir az artıq kilolarım var. Amma xarizmatik oğlanam. Səhnəyə yaraşıram. İnsanlar irad tuturlar ki, burnum böyükdür. Bundan narahat deyiləm, mənə belə xoşdur. Əvvəl fikirləşdim ki, burnumu əməliyyat etdirim. Sonra vaz keçdim. Çünki səs tellərimə təsir edə bilərdi”.