"Cibimdə pul yoxdursa, gözüm onda qalmır" - fotolar

"Cibimdə pul yoxdursa, gözüm onda qalmır" -  fotolar
4462 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc ifaçı Mehin Hümbətova ticarət mərkəzlərinin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a açıqlama verən sənətçi geyimləri haqda danışıb:

"Çox alış-veriş həvəskarı deyiləm. Mağazanın vitrinində nəsə xoşuma gəlirsə, vaxt itirməyərək tez alıb çıxıram. Geyimimə xəsislik etmirəm. Amma pulum yetəcək qədər alıram. Əgər bəyəndiyim paltar bahadırsa və cibimdə pul yoxdursa, gözüm onda qalmır. Geyindiyim libas ucuz da ola bilər. Gündəlik həyatımda rahat paltarlara üstünlük verirəm. Tədbirlərə qatılanda məcburən hündürdaban istifadə edirəm”.

Ötən il nişanlanan Mehin hələ ki, toy haqda düşünmür:

“Yaxın iki-üç ay ərzində toy gözlənilmir. Bir ildən sonra ola bilər”.

Foto: Ramin ASLANOV