"Boşanandan sonra başa düşdüm ki..." - Lalə

"Boşanandan sonra başa düşdüm ki..." - Lalə
12686 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ailə həyatımda baş verən "burulğanı" bir günün içində yaşamadım. İllərdir eyni damın altında yaşadığın insanı bir anda silib ata bilməzsən. Qadın yaşanan hadisəyə dözür, son ana qədər hər şeyin düzələcəyinə ümid edir. Alınmadığını görəndə isə boşanır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “Zərif qəhrəman” verilişində deyib.

Boşanmalardan danışan müğənni bu hadisədə ən çox övladların əziyyət çəkdiyini bildirib:

“Uşaqların bu qədər pis olması ürək ağrıdan məqamdır. Böyüklər hansısa bir işlə başlarını qatırlar. Boşanandan sonra kişinin həyatı çətinləşmir, əlini yanına sallayıb gəzir. Amma qadın üçün ən ağrılı günlər başlayır. Fikirləşirsən ki, iki övladım var, onları böyütməliyəm. Həyat sıfırdan başlayır. Qadın yaşının ən gənc vaxtında ruhən qocalır. Normal yaşaya bilmir. Qadının öz xanımlığını, zərifliyini hiss etməsi üçün həyatında güclü bir kişi olmalıdır. Ayrılmaq çətin prosesdir. Sözdə “boşandım, ayrıldım” demək asandır. O prosesi yaşamaq tamam başqadır. Qadının depressiyaya düşməyə haqqı yoxdur. O, anadır. Boşanandan sonra bir şeyi başa düşdüm: bəzi ümidlərim var ki, anadangəlmə ölüdür. Həyatda iki şeyə görə ayaqdayam: sənətim və övladlarım”.

Qeyd edək ki, Lalə Məmmədova həyat yoldaşı İlham bəylə 2013-cü ilin yayında boşanıb. Onun bu evlilikdən Nərgiz və Çinarə adlı iki qızı var.