"Zəng edib məni danlayır, xəcalət çəkirəm"

"Zəng edib məni danlayır, xəcalət çəkirəm"
3946 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan valideynləri ilə münasibətlərindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi mərhum atasının sərt insan olduğunu, vaxtilə onu oxumağa qoymadığını bildirib:

“Atamdan çox qorxurdum. Deyirdi ki, get hamamda oxu, orada səsin yaxşı çıxar. Müğənnilik etməyimə icazə vermirdi. Sonradan gördü ki, dərsdən qaçıb musiqi ilə məşğul oluram. Gizlin-gizlin müsabiqələrə qatılır, qalib olurdum. Bunu görəndən sonra ailəm oxumağıma icazə verdi. İndi üstümüzdə anamızın diqqəti var. Hər şeydə ona hörmət edirik. Bircə dəfə göz ağardanda bəs edir. Efirdə hansısa hərəkətim xoşuna gəlməyəndə zəng edib danlayır, onda xəcalət çəkirəm”.