Məşhur qrupun üzvü dünyasını dəyişdi

Məşhur qrupun üzvü dünyasını dəyişdi
1447 dəfə oxunub
  • A-
  • A
  • A+
90-cı illərin məşhur “Brownstone” qrupunun üzvü Çarmeyn “Maksi” Maksvell dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mərhumun qardaşı Brendon Maksvell xəbəri “Twitter” səhifəsindən təsdiqləyib.

“Əziz bacım Çarmeyn “Maksi” Maksvell! Ruhun şad olsun! İnana bilmirəm ki, bunları yazıram. Həmişə pis hadisələr yaxşı insanların başına gəlir. Mənim bacım ən dəhşətli şəkildə vəfat etdi. Çox əzab çəkirəm”, – deyə Brendon qeyd edib.

46 yaşlı müğənninin ölüm səbəbi hələ açıqlanmayıb. Ailəyə yaxın mənbələrdən birinin məlumatına görə, ulduz intihar edib.

Qeyd edək ki, Çarmeyn “Brownstone” qrupunda fəaliyyəti ilə məşhurlaşıb. Karsten Soulşokla evli olan sənətçinin bir oğlu var.