İlkər Ayrık Bakıya gəlir

İlkər Ayrık Bakıya gəlir
2549 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor İlkər Ayrık Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, o, rol aldığı “Yapışıq qardaşlar” filminin Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsində iştirak edəcək. Bununla bağlı “Kanal D”də yayımlanan “Ben bilmem eşim bilir ” verilişində deyən aktyor Bakıdakı sevənlərini görüşə çağırıb:

“Azərbaycanlı dostlarım, qardaşlarım, bir film ərsəyə gətirdik: “Yapışıq qardaşlar”. Martın 6-da filmi Bakıda birlikdə izləyəcəyik. İlk dəfə Azərbaycana gedəcəm. Buna görə çox həyəcanlıyam”.