Türkiyə mediası Tünzalənin mahnısından yazdı

Türkiyə mediası Tünzalənin mahnısından yazdı
2906 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayevanın "Qarabağın səsi" mahnısı Türkiyə mediasının diqqətini çəkib.

Axşam.az-ın məlumatına görə, "Hürriyət" qəzeti sözləri Cəlal Qurbanova, musiqisi müğənninin özünə aid olan mahnının sosial mediada böyük maraq doğurduğunu yazıb.

"Azərbaycanlı musiqiçi Qarabağ üçün mahnı yazdı" başlıqlı məqalədə bəstənin bir neçə dilə tərcümə edildiyi vurğulanıb:

“Xüsusilə, Xocalı soyqırımının ildönümü ilə bağlı böyük maraqla qarşılanan mahnı ASAN Könüllüləri İctimai Birliyinin dəstəyi ilə yazılıb. İngilis dilinə çevrilən bəstə dünyanın bir çox ölkəsində satışa çıxarılan albomlar sırasında yer alır”.

Qeyd edək ki, xəbər Türkiyənin digər xəbər portallarında da yayımlanıb.