Pikassonun 2,5 milyon dollarlıq əsəri tapıldı

Pikassonun 2,5 milyon dollarlıq əsəri tapıldı
785 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəssam Pikassonun muzeydən oğurlanan 2,5 milyon dollar dəyərindəki əsəri Amerikada bir kuryer şirkətinin paketindən çıxıb.

Axşam.az diken.com-a istinadən xəbər verir ki, Fransada bir muzeydən oğurlanan “Bərbər” adlı əsər Belçikadan 37 dollarlıq paketin içində Amerikaya göndərilib.

Amerikanın gömrük məmurları paketi açanda bunun adi bir rəsm olmadığından şübhələnərək fransız rəsmilərinə xəbər veriblər.

Rəsmi diqqətlə gözdən keçirən mütəxəssislər bunun Pikassonun 1911-ci ildə çəkdiyi “Bərbər” əsəri olduğunu açıqlayıblar.

Qeyd edək ki, məşhur əsər 2001-ci ildə Parisdəki Müasir İncəsənət Muzeyindən oğurlanmışdı.