"İçərişəhər"də xeyriyyə yarmarkası - fotolar

"İçərişəhər"də xeyriyyə yarmarkası - fotolar
2023 dəfə oxunub
  • A-
  • A
  • A+

Kiçik Karvansarada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ikinci xeyriyyə yarmarkası keçirilib.

Axşam.az-ın məlumatına görə, idarədən AZƏRTAC-a bildirilib ki, 30-dən artıq ölkə təmsilçisinin qatıldığı tədbirdə hər bir xalqın milli sənətkarlıq nümunələri, əl işi suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə, həmçinin milli musiqi və rəqslər də nümayiş edilib. Xeyriyyə aksiyasında eyni zamanda qiymətli mükafatların oynanıldığı lotereya tirajı da keçirilib.

Tədbirdən əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.

Xeyriyyə aksiyası Mədəniyyət və Turizm Nazirliyinin və sıra qurum və şirkətlərin maliyyə dəstəyi ilə keçirilib.