Parlamentin əsl bombası - fotolar

Parlamentin əsl bombası - fotolar
4163 dəfə oxunub
  • A-
  • A
  • A+

Belçika Federal Məclisinin türk əsilli üzvü Zuhal Demir flaman dilində yayımlanan "P-Magazine" jurnalına verdiyi pozlara görə sosial mediada tənqid olunub.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, 35 yaşlı Demirin fotoları Federal Məclisin binasında çəkildiyi üçün daha çox diqqət cəlb edib. Jurnal ilk dəfə bir politoloqun bu tərz şəkillərini yayımlayaraq "Parlamentin əsl bombası" başlığıyla manşetə çıxarıb.

Xanım deputat isə bu barədə "tabuları qırmaqla bağlı problemim yoxdur, buna cəsarət edən ilk adam mən oldum" deyib.

Parlamentin sədri Siegfried Brak isə fotoların Məclis binasında çəkilməsinin normal olduğunu söyləyib:

"Sadəcə gözəl bir qadının fotoları... Bununla bağlı başqa bir deyəcəyim yoxdur".