Keyt Midlton xəstəxanaya yerləşdirildi

Keyt Midlton xəstəxanaya yerləşdirildi
2015 dəfə oxunub
  • A-
  • A
  • A+
Kembric hersoginyası, şahzadə Uilyamın xanımı Keyt Midlton təcili xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hamilə olan hersoginya qarnında güclü ağrılar və qıcolmalarla xəstəxanaya aparılıb. Ailəyə yaxın mənbə bildirib ki, apreldə ana olmağa hazırlaşan Keyt həkim nəzarətində saxlanılır:

“Qəfildən özünü pis hiss etdi: qusma və qıcolmalar başladı. Elə bildik, erkən doğuş olacaq. Ancaq sən demə, problem başqa imiş. Körpənin ürək döyüntülərinin çoxalması həkimləri narahat edir. Keyt hələ ki, xəstəxanada qalmalıdır”.