Keçmiş həyat yoldaşı Lalə haqqında: "Onu evimdən qovmuşam"

Keçmiş həyat yoldaşı Lalə haqqında: "Onu evimdən qovmuşam"
15094 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı agır ittihamlar səsləndirib.

Axşam.az-ın atv.az-a istinadən xəbərinə görə, İ.Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda günahlandırıb:

“Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq, “raskrutka”sı üçün öz işimi atıb, Laləyə prodüserlik etməyə başladım. Onun bütün nailiyyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 mim dollara satıb, 43 minini ona verdim ki, özünə mənzil alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideynlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və o qızımın mənə qarşı “beynini doldurur”. Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”.