Elza: “Şeirlərimə qadağa qoyublar”

Elza: “Şeirlərimə qadağa qoyublar”
2158 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan bundan sonra heç bir verilişdə şeirlərini deməyəcək.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “5/5” verilişində xəbər verib:

“Mən uşaqlıqdan şeir yazıram. Bu qabiliyyətim yeni deyil. İndi yazdıqlarımdan birinə mahnı da bəstələmişəm. Onu Elton Hüseynəliyev oxuyacaq. Şeirlərimə qadağa qoyulub. Onları pulla alıblar. İcazə vermirlər verilişlərdə deyim. Çünki yaxın zamanda şeirlərimdən ibarət silsilə albom çıxacaq. Hamısı eksklüziv olaraq, orada yer alacaq".