Günay iş adamı ilə sevgilidir - türk mediası

Günay iş adamı ilə sevgilidir -  türk mediası
6451 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva haqqında yeni iddia irəli sürülüb.

Axşam.az-ın məlumatına görə, türk mediası modelin aktyor həyat yoldaşı Tolqa Karellə boşanmadan özünə yeni sevgili tapdığını yazıb.

Məqalədə Günayın iş adamı Vedat Mavuzərlə birlikdə olduğu vurğulanıb:

“Model yeni sevgilisi ilə saatlarca İstinya Parkda kafedə oturub. Mərkəzdən çıxarkən fotokameraları qarşısında görən Musayeva həyəcanlanıb. Vedat Mavuzər hadisə yerindən qaçaraq, kafeyə girib. Günay isə fotoqraflardan şəkillərin silinməsini tələb edib. İş adamı ilə bağlı suallara aktrisa “İş üçün bir araya gəldik” cavabını verərək, jurnalistləri aldatmağa çalışıb”.

Qeyd edək ki, Günay ötən ay Tolqadan ayrılma xəbərini təsdiqləmişdi. Boşanma ərəfəsində olan model və aktyor ayrı evlərdə yaşayır. Onların Cahangir adında bir oğlu var.