Aktrisanın keçəl olması yalan çıxdı - fotolar

Aktrisanın keçəl olması yalan çıxdı -  fotolar
7427 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl başını keçəl etdirməsi ilə bağlı xəbər yaymışdı.

Axşam.az-ın məlumatına görə, rol aldığı “Ay Brilliant” filminin qala gecəsində fotokameramıza tuş gələn aktrisanın sirri ortaya çıxıb. Belə ki, uzun saçları ilə görüntülənən P.Abıyevanın qrimlə keçəl obrazına girdiyi görünüb.

Bununla bağlı açıqlama verən aktrisa rol xatirinə saçlarını kəsdirə biləcəyini də söyləyib: 

“Keçəl” şəklimi elə-belə paylaşdım. Bu qədər marağa səbəb olacağını düşünmədim. Qrim idi. Kənardakıların fikirlərini öyrənmək üçün səssiz qaldım. Belə qrimi Azərbaycanda edən yoxdur. Türkiyəli qrim ustası Mehtab Saltıkı gətirdik. Bu imicimi “Yarım dünya” filmində görəcəksiniz. Həmin görünüşüm 4 saata hazır oldu. Çox çətinliklər çəkdik. Apreldə hamını bu filmə baxmağa dəvət edirəm. Onu da deyim ki, əgər lazım gəlsəydi, rol üçün gözümü qırpmadan saçımı keçəl etdirərdim”.