"Manat istəməsin, dollar tələb etsin" - Elzaya cavab

"Manat istəməsin, dollar tələb etsin" - Elzaya cavab
6793 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov əməkdar artist Elza Seyidcahanın yumor komandasını məhkəməyə verməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə “Qafqazinfo”ya açıqlamasında prodüser bildirib ki, komandanın əməkdar artisti parodiya etmək hüququ var:

“Üç gün Naxçıvanda “Göz əl” adlı konsert proqramı ilə çıxış etdik və Elza xanımı parodiya etdik.  Ayın 5-dən Heydər Əliyev sarayında səhnəyə çıxacağıq.  Daha sonra rayonlara səfərlərimiz olacaq. O zaman da parodiyalarımız davam edəcək. Bizi məhkəməyə vermək Elza xanımın hüququdur, amma bizim də istədiyimiz şəxsi parodiya etmək hüququmuz var. Bu Elza  xanımın şəxsi istəyidir. 100 min manat təzminat tələb edəcəyini bildirib.  Manat istəməsin, dollar tələb etsin. Dolların kursu daha yüksəkdir, ona bu sərf edər.  Əgər düşünürsə, bizim parodiyalar nəticəsində alçalmış olur, biznesi zəifləyir , ona görə konpensasiya istəyir. Əslində, bu  belə deyil. Əgər  toylara gedirsə,  əksinə qonorarı artacaq, yazdığı mahnıların qiyməti qalxacaq, şairə kimi kitab çap etdirsə, kitabları satılacaq. Bunlardan sonra danışarıq ki, kim kimə konpensasiya ödəyəcək”.