"Evlənəndə gərək əsl xanım seçəsən"

"Evlənəndə gərək əsl xanım seçəsən"
3265 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyev ailəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə açıqlama verən sənətçi boş vaxtını uşaqları ilə keçirdiyini bildirib:

“Ailəcanlı insanam. Uşaqlarımı, yoldaşımı çox istəyirəm. Boş vaxtım olanda onlarla keçirməyə çalışıram. İnsan ağılla ailə qurmalıdır, sevgi ikinci yerdədir. Evlənəndə gərək əsl xanım seçəsən: həyat yoldaşını və uşaqlarını hər zaman başının üstündə saxlasın. Kişi elədir ki, nə qədər sığallasan, üzünə xoş baxsan, o qədər mehriban olacaq. Onsuz kişinin çiynində böyük yük olur, necə pul qazanmağı düşünür. Hər gün deyinən qadından kişi qaçar. Xanım yoldaşının qarşısına soğan çörək qoysun, amma xoş söz desin. Kişi onu bal kimi qəbul edəcək”.