Elza Seyidcahanın rol aldığı film təqdim olundu - fotolar

Elza Seyidcahanın rol aldığı film təqdim olundu - fotolar
1533 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Aşiqlər bağçası” silsiləsindən olan qısametrajlı “Cəhd” filminin mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, ekran işində əməkdar artist Elza Seyidcahan, aktyorlar Namiq Ağayev, Mirzə Ağabəyli və digərləri rol alıb. Surreal janrda olan filmin rejissoru Mahir Dərvişdir.

Müəllif "Cəhd"də ümumibəşəri dəyərləri ön plana çəkib. Filmin baş qəhrəmanı böyüklərin günah və fitnələrlə doldurduğu dünyada batil cazibələrə ağlını və diqqətini təslim etmiş, elə buna görə də virtual aləmə “köçmüş”, anası və ailəsi ilə münasibətləri soyumuş 15-16 yaşlı bir gəncdir.

E. Seyidcahan da öz növbəsində film və rolu haqqında danışıb:

"Dəfələrlə filmlərə dəvət olunmuşam, qəbul etməmişəm. Mahir müəllimin təklifi ilə sevə-sevə razılaşdım. Hamı bu ekran işini bəyənəcək. Çox gözəl bir obrazı canlandırdım. Düzdür, filmdə məni çox çəkmişdilər. Amma hazır versiyada özümü yalnız əvvəldə və sonda gördüm".

Qeyd edək ki, filmin çəkilişi 8 aya başa gəlib. Yaradıcı heyəti “Cəhd”in yenilik olduğunu, bu silsiləni davam etdirmək və tamaşaçını düşündürməkdə israrlı olduğunu bilidirib.