"Əslində Pol MakKartni 45 il əvvəl ölüb”

"Əslində Pol MakKartni 45 il əvvəl ölüb”
1193 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi musiqi qrupu “Bitlz”ın solisti Rinqo Starr həqiqi Pol MakKartninin 45 il əvvəl öldüyünü, onun yerinə oxşarını gətirdiklərini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Starr qrupun üzvü Pol MakKartninin 1966-cı ilin 9 noyabr tarixində avtomobil qəzasında dünyasını dəyişdiyini, əvəzinə MakKartniyə oxşayanlar müsabiqəsində birinci olan Uilyam Kempbelli “Bitlz”a daxil etdiklərini etiraf edib.

Qrupun sağ qalan ən yaşlı üzvü Starr pərəstişkarları ölüm xəbərinə hazırlamaq üçün gizli ismarışlar verdiklərini də açıqlayıb. Məsələn, çoxlu "Sgt. Pepper's Lonely Hearts Club Band" albomunda “Pol öldü” ipucları yerləşdiriblər.

Maraqlıdır ki, iddia ilə bağlı MakKartni hələ heç bir təkzib verməyib. İngiltərə Təhlükəsizlik İdarəsi MI5 Britaniya İmperiyası nişanı almış Ser Pol MakKartni haqqında istintaqa başlayıb.