"Paramparça"nın aktyorundan yeni film - video

"Paramparça"nın aktyorundan yeni film - video
2507 dəfə oxunub
  • A-
  • A
  • A+
"Paramparça" serialıyla daha da məşhurlaşan Erkan Petekkaya və "Şeref meselesi"ndən tanınan Şükran Ovalının yeni filmi təqdim olunacaq.

Axşam.az-ın gecce.com-a istinadən məlumatına görə, "Yeni dünya" adlanan film martın 6-da kinoteatrlarda olacaq. 

Rejissoru Caner Erzincan olan ekran işinin baş rolunda daun sindromlu Soner Erzincandır. Türkiyədə ilk dəfə daun sindromlu uşağın çəkildiyi kino beynəlxalq festivallarda iştirak edəcək.

Filmin musiqisi də sosial şəbəkədə maraqla qarşılanıb.