Rəmişin qardaşının evi yanıb - fotolar

Rəmişin qardaşının evi yanıb - fotolar
3136 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Əvəz Ələkbərov küçəsində baş verib. Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Vaqif Hüseynova məxsus mənzildə qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası cəlb edilib, yanğının qarşısı alınıb.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.
 
Qeyd edək ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, Xalq artisti Rəmiş Hüseynovun qardaşıdır.