Məşhur aktrisa avtobioqrafik kitab yazacaq

Məşhur aktrisa avtobioqrafik kitab yazacaq
1251 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur Hollivud aktrisası Dryu Berrimor həyatından bəhs edən kitab yazmağa başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yeddi yaşında Stiven Spilberqin “Yadplanetli” filmindəki roluna görə məşhurlaşan Berrimor artıq “Dutton Publishing” nəşriyyatı ilə müqavilə imzalayıb.

Adı və nəşr tarixi bilinməyən kitab 14 yaşından tək yaşamağa başlayan aktrisanın həyatından bəhs edən hekayələrdən ibarət olacaq. Olduqca ağır uşaqlıq keçirməsinə baxmayaraq, Berrimor kitabı ironik dillə yazacaq.

Qeyd edək ki, bu aktrisanın ilk kitabı deyil. 2014-cü ilin əvvəllərində onun “Find It In Everything” adlı foto-kitabı nəşr olunub.