"Rola çəkilmək üçün Di Kaprioya sillə vurdum"

"Rola çəkilmək üçün Di Kaprioya sillə vurdum"
1531 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyalı aktrisa Marqo Robbi Naomi obrazı ilə onu məşhurlaşdıran “'The Wolf of Wall Street” (“Uoll-Strit canavarı”) filmindəki rolundan danışıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa rola çəkilmək üçün sınaq çəkilişlərində Hollivud ulduzu Leonardo Di Kaprionu söyərək, ona sillə vurduğunu bildirib:

“Filmin 30 saniyəlik sınaq çəkilişində özümü göstərməliydim. Bunun üçün ssenaridə olmadığı halda, Di Kaprionu söyüb, üzünə sillə vurdum. Rejissorların və prodüserlərin yığıldığı otağa səssizlik çökdü. Hamı təəccüblənmişdi. Bir qədər sonra mənə telefon zəngi gəldi ki, rolu əldə edə bilmişəm”.