Aktrisanın saxtakarlığı üzə çıxdı - fotolar

Aktrisanın saxtakarlığı üzə çıxdı - fotolar
3028 dəfə oxunub
  • A-
  • A
  • A+
İspan aktrisası Anna Allenin İnstaqram hesabından paylaşdığı fotoların saxta olduğu üzə çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 22 min izləyicisi olan gənc aktrisa səhifəsində ötən həftə baş tutan “Oskar” mərasimindən şəkil yerləşdirib. Gecəyə dəvət olunduğunu yazan Annanın yalanını istifadəçilər üzə çıxarıb.

Belə ki, aktrisanın əslində indiyədək paylaşdığı şəkillərin fotoşopla hazırlandığı məlum olub. O, bu yolla özünü məşhur seriallarda köməkçi aktrisa rolunda çəkilən, Lyupita Nionqo, Nil Patrik Harris kimi tanınmışlarla bərabər olan biri kimi təqdim etməyə çalışıb.

A.Allen saxtakarlığı izləyicilər tərəfindən üzə çıxarıldıqdan sonra İnstaqram hesabını silib.