Dollar və avro ucuzlaşdı

Dollar və avro ucuzlaşdı
4211 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
 
Axşam.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 4-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0493 manat səviyyəsində müəyyən edilib.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,27% ucuzlaşaraq 1,1720 manat olub.