Canlı yayımda Elgiz Şəbnəm Tapdığın üstünə qışqırdı - video

Canlı yayımda Elgiz Şəbnəm Tapdığın üstünə qışqırdı -  video
13229 dəfə oxunub
  • A-
  • A
  • A+

“Adam içində” verilişində aparıcı Elgiz Əkbərlə müğənni Şəbnəm Tapdıq arasında xoşagəlməz anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, ifaçı danışmaq istəyərkən, aparıcı ona icazə verməyib:

“Sizin məsələ ilə bağlı indi danışmaq olmaz. Günahlandırdığınız tərəflər verilişə gəlsin, sonra fikrinizi deyin. İndi siz mənə dərs keçirsiz burada? Mənə burada nəsə öyrədib, qalmaqala salmayın. Məndən xahiş etdiniz, sizə şərait yaratdım ki, gəlin fikrinizi deyin”.

E.Əkbərin bu sözlərinə əsəbiləşən Ş.Tapdıq “Mənim atam, o boyda xalq şairi mənə qışqırmır. Sən mənə qışqırma” deyə, cavab verib.

Müğənni daha sonra verilişə müraciət etməyinin səbəbini açıqlayıb:

“1979-1980-ci illərdə gözəl mahnılarla səhnəyə çıxdım, alqışlandım. Sevildim, insanlar adımı övladlarına qoydular. İndi adımdan istifadə edib, səhnəyə çıxırlar. Deyirlər, "Oxuyur Şəbnəm". Tələb edirəm, adımdan istifadə etməsinlər. Bu isim mənə məxsusdur, lisenziyalaşdırılıb. Səhnədə nə qədər Şəbnəm var, özlərinə başqa ad götürsünlər. Buradan hamıya müraciət edirəm. Əgər əməl etməsələr, hüquq qarşısında cavab verəcəklər. Azərbaycanda Şəbnəm adı ilk dəfə mənə qoyulub".