Dalaşqan məşhurlar - siyahı

Dalaşqan məşhurlar -  siyahı
3285 dəfə oxunub
  • A-
  • A
  • A+

Jurnalistlərə adətən gülümsər çöhrələri ilə müsahibə verib, şəkillərini çəkdirən ulduzlar bəzən media nümayəndələrinə elə qəzəblənirlər ki... Hətta onları döyməkdən belə çəkinmirlər.
 
Axşam.az-ın məlumatına görə, Rusiya saytlarından biri araşdırma apararaq, dalaşqan məşhurların adlarını açıqlayıb.

Həmin siyahını təqdim edirik:

Alisia Douval - Özünün də televiziya işçisi olmasına baxmayaraq, Alisia şəklini çəkməyə çalışan paparatsini küçənin ortasındaca döyüb.

Britni Spirs - Müğənni uşaqlarını almaq üçün keçmiş həyat yoldaşının evinə gedib, ancaq əliboş qayıdıb. Yolun kənarındakı pressa maşınlarını görən müğənni hirsini onları əzməklə soyudub.

Liam Qalakher - Musiqiçini nə qədər sakitləşdirməyə çalışsalar da jurnalisti uzun müddən onun əlindən almaq mümkün olmayıb.

Lili Alen - Paparatsinin fotoaparatını əlindən ala bilmədikdə tək çarəni ona təpik atmaqda görüb.

Elton Con - Bu dəfə də mədəniyyətini qorumağa çalışıb. Başqalarından fərqli olaraq məşhur müğənni paparatsiləri yumruqları ilə deyil, səsi ilə uzaqlaşdırıb.

Ris Vizerspun - Hər zaman sakit, mehriban davranışı ilə diqqət çəkən musiqiçi vay o günə ki, hirslənə: qışqırığından qulaq tutular.

Keyt Moss - Paparatsilərin hər addımını izləməsindən təngə gələn məşhur ulduz onları bağıraraq uzaqlaşdırmağa üstünlük verir. Səsi işə yaramadıqda, təpik atmağa başlayır.

Avril Laving - Jurnalistlərdən bezən Avril onu çəkməyə çalışan fotoqrafın saçından tutub yerdə sürüdü.

Keyt Bekinseyl - Balaca qızı və həyat yoldaşı ilə gəzintiyə çıxan ulduz onu izləyən paparatsiləri görüncə, əsəbindən əlindəki su ilə dolu şüşəni onların başına çırpdı.

Hizer Mills - Paparatsilərə tez-tez təpik atması ilə məşhurdur. Təpiklə ürəyi soyumayanda isə model əlinə keçəni onların başına çırpır.

Rayan Filip - Aktyor əsəbləşəndə paparatsilərə nə təpik, nə də şüşə atır. O, əsəbini paparatsilərə sandviç atmaqla soyudur.

Jey Key - Paparatsilərin əlindən təngə gələn Jey onları yumruqladıqdan sonra sakitləşir.

Huq Qrant - Aktyorun bu paparatsini döyməsi uzun müddət dillərdən düşmədi. Hətta buna görə Huq cəzalandırıldı da.

Kameran Diaz - Paparatsilərə hirslənən Kameran fotoqrafın aparatını əlindən alıb, sakitcə getməyə çalışır.