"Öz ağlım var, heç kimin məsləhətinə ehtiyacım yoxdur"

"Öz ağlım var, heç kimin məsləhətinə ehtiyacım yoxdur"
2869 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Elnarə Təhməzova “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, verilişdə müzakirə olunan ailə mövzusuna münasibət bildirib:

“XXI əsrdə yaşayırıq. İndi hər şey fərqlidir. 17 yaşında işləməyən, oxumayan bir qız ailə qurursa, ona böyüklər müdaxilə etməlidir. Əgər işləyən, öz ayağının üstündə duran qız və oğlan evlənirsə, bu ailə daha möhkəmdir. Onlar bir-biri ilə dost olacaq. Belə cütlük ailə dəyərlərinə hörmət edir. Mən oxuyub, çalışan xanımam. Kimsə gəlib ailəmə müdaxilə etsə, cavabını verəcəm: öz ağlım var, heç kimin məsləhətinə ehtiyacım yoxdur”.