"Atamdan qalan evi söküb..."

"Atamdan qalan evi söküb..."
2807 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vasif Məhərrəmli hər zaman dəbdəbəli yaşamaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Düzünü desək” verilişində danışıb:

“Yaxşı maşın sürmək, dəbdəbəli evdə yaşamaq gözəldir. Dünya malında gözüm yoxdur, amma yaxşı yaşamaq istəyirəm. Keyfiyyətli kostyum geyinməyə çalışıram. Gözəl həyat tərzi keçirmək hər bir insanın haqqıdır. Amma bunların arxasında təkəbbür dayanmasın. Gedib heç kimə nümayiş etdirmək lazım deyil ki, baxın, mən villada yaşayıram. Belə olanda Allah əlindəkiləri də alacaq. Mən ağıllı adamam. Qazandığımı bacımla, qardaşımla bölürəm. Atamdan qalan evi söküb, yenidən qurmuşam. Amma onda gözüm yoxdur".