Fərdanın kompleksi

Fərdanın kompleksi
1804 dəfə oxunub
  • A-
  • A
  • A+

Yumor ustası Fərda Xudaverdiyevin boyu ilə bağlı kompleki var.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Yeri gəlmişkən” verilişində xəbər verib:

“Tanınmış biri olmazdan əvvəl boyumla bağlı kompleksim var idi. Çox fikir çəkirdim. Hətta hər gün boyumu ölçürdüm. Bir dəfə cüzi artdığını hiss etdim, sevinirdim. Sonra anladım ki, ayağımda ayaqqabı ilə ölçmüşəm. Məşhur biri olmasaydım bu kompleks məni məhv edərdi. Anam qonşularla, xalalarımla boyumu müzakirə edirdi, eşidirdim. İnsanlar məni yekəxana adlandırırlar. Bəli, küçədə beləyəm. İnsanların yaddaşında, küçədə peraşki yeyən, ədəbsizlik edən Fərda kimi qalmaq istəmirəm. Hər dəqiqə özümü diqqətdə saxlayıram. Bu da məndə kompleks yaradır”.