Mister Bin qayıdır - fotolar

Mister Bin qayıdır - fotolar
2548 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Rouan Atkinsonun sevilən personajı "Mister Bin" 8 ildən sonra ilk teletamaşasını təqdim edəcək.

Axşam.az “Dailymail”-ə istinadən xəbər verir ki, martın 13-ü BBC-də efirə çıxacaq “Comic Relief: Red nose day” adlı teletamaşada Mister Binin dostunun cənazəsində başına gələnlərdən bəhs olunacaq.

Cənazədə dostunun sağ olub-olmadığını onu çimdikləyərək yoxlayan, sonra meyitlə selfi çəkdirən Mister Binlə birgə Ben Miller və Rebekka Front da tamaşada yer alacaqlar.

Qeyd edək ki, 25 il əvvəl yaranan Mister Bin personajını canlandıran R.Atkinsonun 60 yaşı var.