İŞİD onu da ölümlə təhdid etdi

İŞİD onu da ölümlə təhdid etdi
2258 dəfə oxunub
  • A-
  • A
  • A+

İraq Şam İslam Dövləti (İŞİD) “Twitter”in qurucusu və icraçı direktoru Cek Dorsi ilə işçilərinə ölüm ismarışı göndərib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD şəbəkədəki hesablarının silməsindən sonra Justpatse.it (IŞID-ın təbliğat üçün istifadə etdiyi saytlardan biri) vasitəsilə ismarış yayımlayıb:

“Əvvəlcədən bunun sizin mübarizəniz olmadığın demişdik. Amma anlamadınız və hesablarımızı bağlamağa davam etdiniz. Biz də hər dəfəsində geri çəkildik. İgidlərimiz sizin canınızı alanda həyata qayıtmağınız mümkün olmayacaq”.

Təhdid mətni ilə birgə Dorsinin başının bir hədəf lövhəsinə qoyulmuş halda şəkli də yayımlanıb.

Qeyd edək ki, IŞID “Twitter” şəbəkəsində 45 minə yaxın hesabla fəaliyyət göstərirdi. Ancaq şirkət bu hesablardan 18 minin birbaşa İŞİD-ə aid olduğunu öyrənəndən sonra onları silib.