Dünyanın ən qoca insanının 117 yaşı tamam olur – fotolar

Dünyanın ən qoca insanının 117 yaşı tamam olur – fotolar
2263 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 5-də dünyanın ən yaşlı insanı hesab olunan Misao Okavanın 117 yaşı tamam olur.

Axşam.az “BBC”-ə istinadən xəbər verir ki, Yaponiyada qocalar evində yaşayan qadının son dövrlərdə qulaqlarının zəiflədiyi və hərəkətlərinin çətinləşdiyi bildirilir.

Buna baxmayaraq 117 yaşlı qadının səhhətinin qaydasında olduğu deyilir.

Dərzi qızı olan Okava 1919-cu ildə ərə gedib. 1931-ci ildə həyat yoldaşı vəfat edib. Cütlüyün 2 qızı və 1 oğlu var. Okavanın dörd nəvəsi və 6 nəticəsi var.

Ginnesin Rekordlar kitabı 2013-cü ildə Misaonu rəsmən dünyanın ən yaşlı insanı elan edib.