Duyğu uduzduqdan sonra danışdı: "Bu etdiyindən sonra..."

Duyğu uduzduqdan sonra danışdı: "Bu etdiyindən sonra..."
3442 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor All Star"ı ilk tərk edən Duyğu Çetinkaya yarışmadan sonra ilk dəfə acunn.com-a müsahibə verib.

Axşam.az-ın məlumatına görə, o, uduzmasının səbəblərini açıqlayıb:

"Adadakı üç əsas addan biri idim: Turabi, Hilmicem, Duyğu. Sonra da Hasan gəlir. Zədəm olduğu üçün bunu bəhanə edib 6 nəfər adımı yazdı. Bir neçə iştirakçıyla mübahisələrim də oldu. Onlar mənim zədə aldığıma inanmırdılar, amma hətta gecələr necə ağrıdığımı yanımda yatan dostlarım bilirdi. Adada bu qədər qısa qalacağımı heç təsəvvür etməzdim".

Duyğu Hilmicemin onun adını deməsinə də münasibət bildirib:

"Hilmicem ilə əvvəlki yarışmada münaqişəmiz olmuşdu, sonra mən onu bağışladım. Görünür, mənim bildiyim qədər yaxşı insan deyilmiş. Onu həmişə "qardaşım", "aslanım" deyə çağırmışam, bu etdiyindən sonra isə yaxşı insan olduğuna inanmıram. Bundan sonra həftənin birincisi Turabi olarsa Hilmini, Hilmi olarsa Turabini seçimlərə çıxaracaq. Belə bir sistem qurublar".

Sonda o, heç bir şey üçün peşman olmadığını vurğulayıb.