Telefona enerji ötürən mebel hazırlanıb

Telefona enerji ötürən mebel hazırlanıb
1849 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollandiyanın “IKEA” markası telefona kabelsiz enerji ötürən ev əşyası satışına başlayacaq.

Axşam.az BBC-yə istinadən xəbər verir ki, “Home Smart” (Ağıllı Ev) seriyası məhsulları ilkin mərhələdə stol lampası, komod və masadan ibarət olacaq.

“IKEA” bu seriyada “Samsung”un bu günlərdə təqdim etdiyi S6 modelini dəstəkləyən Qİ enerji standartından istifadə edəcəyini açıqlayıb.

Şirkət Qİ-ın dəstəkləmədiyi iPhone və digər Samsung modelləri üçün enerji başlığı satacaq. Ümumilikdə isə telefon bazarında QI-a uyğun 80 telefon cihazı var.

Yeni ağıllı ev əşyaları ABŞ və İngiltərədə aprel ayından satışda olacaq.