Merilin Monronun ölümündən öncəki son fotosessiyası

Merilin Monronun ölümündən öncəki son fotosessiyası
4737 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Merilin Monronun öldüyü həftə etdirdiyi son fotosessiyası satışa çıxarılacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 6 şəkildən ibarət kolleksiyanın qiyməti 36 min dollar olacaq. Fotoların müəllifi isə aktrisanın yaxın dostu, fotoqraf Corc Barrisdir. O, şəkilləri 1962-ci ilin 13 iyulunda Merilinin avtobioqrafik kitabı üçün çəkib. Lakin yaxın dostunun öülümündən sonra fotoqraf onları ictimaiyyətə təqdim etmək istəməyib. O, M.Monronu "dünyanın ən gözəl və fantastik qadını" adlandırır:

"Birinci dəfə onu görəndə fikirləşdim ki, mən heç vaxt elə sima ilə rastlaşmamışam. O, çox dostcanlı və səmimi idi. Merilin heç vaxt süni və modabaz olmayıb".

Martın 10-16-da baş tutacaq auksionda aktrisanın fotoqraf Bert Stern tərəfindən "Vogue" juranlı üçün çəkilən fotoları da nümayiş olunacaq.