Tuba Büyüküstün qaçqınlarla görüşdü - fotolar

Tuba Büyüküstün qaçqınlarla görüşdü - fotolar
2476 dəfə oxunub
  • A-
  • A
  • A+
UNİCEF-in xoşməramlı səfiri seçilən aktrisa Tuba Büyüküstün Suriya ilə sərhəddə yerləşən Ürdünə yollanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa vətəndaş müharibələri səbəbindən ölkəsini tərk etmiş qaçqınlarla görüşüb. Zaatari çadır şəhərciyində olan Tuba qadınlar və uşaqlarla yaxından maraqlanıb.

O deyib ki, müharibə şəraitində ən çox heç bir günahı olmayan uşaqlar din, dil, irq ayrı-seçkiliyinə məruz qalırlar. T.Büyüküstün minlərlə qaçqının öz evlərinə qayıtmasını arzulayıb.