Leyla Quliyeva yenidən başladı - fotolar

Leyla Quliyeva yenidən başladı -  fotolar
6520 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Leyla Quliyeva (Əliyeva) uzun fasilədən sonra yenidən televiziyaya qayıdıb.

Axşam.az-ın məlumatına görə, o, ötən gün AzTV-də yayımlanan “61!” şousunun aparıcılığını edib.

“61!” dünyaca məşhur “Jeopardy!” şousunun Azərbaycan versiyasıdır. Yarışma janrında olan proqramın müəllifi Merv Qriffindir.

Qeyd edək ki, L.Quliyeva rejissor Abbas Quliyevlə ailə həyatı qurub. Cütlüyün iki övladı var. Aparıcı ikinci övladı dünyaya gəldikdən sonra televiziyadan uzaqlaşıb.