Səməd Səmədov toy etdi – fotolar

Səməd Səmədov toy etdi – fotolar
13019 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Səməd Səmədov iki kimsəsiz gəncə toy edib.

Axşam.az-ın məlumatına görə, müğənni gecədə mahnılarını səsləndirib, cütlüyə arzularını dilə gətirib:

“Bu günü çoxdan gözləyirdim. Hər zaman insanlara yardım etməyə çalışmışam. Bu işdə mənə bəylə gəlinin mənəvi anaları Sevinc və Nigar xanım kömək etdi. Toyun əziyyətini onlar çəkdi. Sənət dostlarım, prodüserim Rövşən Cəfərov da məni tək qoymadı”.

Qeyd edək ki, toyda müğənni Niyam Salami, Xatun Əliyeva, Boris Bayramov, prodüser Təranə Səmədova, dj Kazım və başqaları iştirak edib.