"...Gərək toya özümlə cangüdən aparım" - İlhamə

"...Gərək toya özümlə cangüdən aparım" -  İlhamə
2211 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova Almaniyadakı işlərinə ara verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Gündəlik” verilişində buna albom satışlarının dayanmasının səbəb olduğunu bildirib:

“Şirkət sinql satışlarından gəlir götürmür. Bu yalnız ifaçının reklamına yarıyır. Albom satışları isə dayanıb. Şirkət investisiya əldə edə bilmir, pul yoxdur. Ona görə də tək mənim yox, bir çox müğənninin işlərinə ara verilib. İldə bir dəfə gedib, klub konserti verirəm. Bundan başqa, özüm də tez-tez gedib-gəlməkdən yoruldum”.

İ.Qasımova toylara getməməyinin səbəbini açıqlayıb:

“Toy mahnısı oxumuram. Mənim tərzimdəki musiqilər isə məclislərə uyğun deyil. Əvvəllər az da olsa gedirdim. Toy sahibinə o qədər sual verirəm ki... Məclisdə mənim təhlükəsizliyim qorunmalıdır. Oxuduğun yerdə içkili biri gəlir, dava salır, söz deyir. Əgər ev yiyəsi məni qorumursa, gərək toya özümlə cangüdən aparım. Onda da beş qat artıq qonorar istəməliyəm”.