“Türkiyənin ən ağıllı qadınıyam"

“Türkiyənin ən ağıllı qadınıyam"
2318 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hülya Avşar şəxsi həyatından danışıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi ana olmağı hər şeydən üstün tutduğunu deyib:

“Mənim üçün ana olmaq ən böyük karyeradır. Yaxşı anayam. Birdən çox uşağımın olmasını istərdim. Ancaq rəfiqələrimə baxıb görürəm ki, uşaqları arasında “bölünürlər”. Bu səbəbdən mən belə də xoşbəxtəm”.

Hülya keçmiş həyat yoldaşı Qaya Çilingiroğlunu sevdiyini etiraf edib:

“Mən Qayanı çox sevirəm. İnsan kimi də ona hörmət edirəm. Biz hələ də bir ailəyik”.

H.Avşar özünü Türkiyənin ən ağıllı qadını adlandırıb:

“Türkiyənin ən ağıllı qadınıyam. Əzmli biriyəm. Hər şeyi öz lehimə çevirməyi bacarıram. Bu baxımdan özümü təbrik edirəm”.

Sənətçi yaşı ilə bağlı kompleksi olmadığını bildirib:

“Bununla bağlı heç bir problemim yoxdur. Həmişə xoşbəxt yaşamağı bacarıram. Hətta “Oskar”lı filmlərdə çəkilmək üçün bir az da yaşlı olmaq istərdim”.